Rusiya ordusu qaçqınların olduğu avtobusu atəşə tutub

Dünya

09.03.2022 - 07:38

Həkimlər Klinikalar SEO Xidməti

Yerli sakinlər digər avtobuslarla yola salınıb

Ukraynada Makarov qəsəbəsindən gələn qaçqınların olduğu avtobus Rusiya ordusu tərəfindən atəşə tutulub.

AYNA xəbər verir ki, bunu Jitomir şəhərinin meri Serey Suxomlin bildirib.

Onun sözərinə görə, insanlar atəş altında 4 kilometr piyada gediblər.

“Jitomirdə onlar sadəcə su almaq və digər ehtiyacları üçün kafedə dayanıblar. Onların mindiyi nəqliyyat vasitəsinin şüşələri sındırılıb. Kafedə onlara yemək verilib, su verilib”.

Mer əlavə edib ki, yerli sakinlər digər avtobuslarla yola salınıb.

Qeyd edək ki, Makarov qəsəbəsində yerləşən “Makarovski xlebozavod” dövlət müəssisəsinə Rusiya ordusu tərəfindən aviazərbələr endirilib.Aviazərbələr nəticəsində 13 ukraynalı dünyasını dəyişib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş