Mariya Zaxarova: “Hərbi mütəxəssislərin iştirakı olmadan danışıqlar mənasız olacaq”
Rusiya NATO ilə dialoqa hazırdır. AYNA xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova deyib.
“Rusiya NATO ilə dialoqdan geri çəkilmir. Gərginliyin azaldılması və insidentlərin qarşısının alınması məsələlərinin həqiqi müzakirəsinə hazırıq”, - deyə Zaxarova qeyd edib.
XİN rəsmisi onu da bildirib ki, hərbi mütəxəssislərin iştirakı olmadan danışıqlar mənasız olacaq.