Rusiya MN: Ukraynada 91 hərbi obyekt vurulub

Dünya

27.03.2022 - 03:14

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

Rusiya döyüş təyyarələri bir gündə Ukraynada 91 hərbi obyekti vurub. AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.

 

“Gün ərzində operativ-taktiki və ordu aviasiyası Ukraynanın 91 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, 11 silah-sursat anbarı, iki elektron döyüş məntəqəsi, həmçinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin 20 dayaq məntəqəsindəki 52 hərbi texnika vurulub”, - deyə Konaşenkov bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş