Rusiya gəmisi ABŞ-a məxsus gəmi yaxınlığında təhlükəli manevr edib

Dünya

11.01.2020 - 20:26

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ və Rusiya arasında yaranan yeni gərginlik beynəlxalq ictimaiyyətin gündəmini dəyişib

 

ABŞ və İran arasındakı gəriginliyin davam etməsinə baxmayaraq, beynəlxalq ictimaiyyətin diqqətini çəkən başqa bir hadisə meydana gəlib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ və Rusiya gəmilərinin Oman körfəzində bir-birinə təhlükəli yaxınlaşması iki ölkə arasında gərginliyə səbəb olub.

 

Məlumata əsasən, Rusiya gəmiyə hücum etməsi ilə bağlı ittihamları rədd etsə də, ABŞ əksini iddia edərək görüntülər yayımlayıb.

 

ABŞ tərəfindən edilən rəsmi açıqlamada Oman Körfəzində bir rus gəmisinin ABŞ Hərbi Dəniz Qüvvələrinə təhlükə ilə yaxınlaşdığı və hücum niyyətində olduğu bildirilib.

 

Lakin çox keçmədən rəsmi Kremldən ittihamlara cavab verilib. Cavabda ABŞ gəmisinin beynəlxalq qaydaları pozaraq öz gəmilərinə maneə törətməyə çalışdığı ifadə edilib.

 

Qarşılıqlı ittihamlardan sonra “ABŞ 5-ci Donanması” “Twitter”də hadisənin görüntülərini paylaşıb. Paylaşımda Rusiya gəmisinin ABŞ gəmisinə sürətlə yaxınlaşması görüntülənib. 

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş