Rusiya BMT-nin İnsan Haqları Şurasından çıxarıla bilər: səsvermə olacaq

Dünya

06.04.2022 - 17:08

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyanın Şurada üzvlüyünün dayandırılması ilə bağlı Baş Assambleyası səsvermə keçirəcək

Rusiyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasından çıxarılması ilə bağlı səsvermə keçiriləcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə BMT Baş Assambleyası prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, BMT Baş Assambleyası aprelin 7-də Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq BMT-nin İnsan Haqları Şurasında üzvlüyünün dayandırılması ilə bağlı səsvermə keçirəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş