Rusiya Abxaziyaya elektrik enerjisi nəqlinə başlayıb

Dünya

23.12.2024 - 16:39

Həkimlər Klinikalar SEO Xidməti

“Bu gün Moskva vaxtı ilə saat 07:00-dan başlayaraq Rusiyadan elektrik enerjisinin humanitar çatdırılmasına başlanılıb”

Rusiya Abxaziyaya humanitar elektrik enerjisinin tədarükünə başlayıb. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə tanınmamış respublikanın “Baş nazirinin birinci müavini, energetika və nəqliyyat naziri vəzifəsini” icra edən Cansux Nanba bildirib.

“Bu gün Moskva vaxtı ilə saat 07:00-dan başlayaraq Rusiyadan elektrik enerjisinin humanitar çatdırılmasına başlanılıb”, - o qeyd edib.

Dekabrın 21-də Abxaziya “prezidentinin” səlahiyyətlərini icra edən Badra Qunba Rusiyadan humanitar elektrik təchizatı istəyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş