Rumıniyada prezident seçkilərinin ikinci turunun “exit-poll” nəticələri açıqlanıb

Dünya

19.05.2025 - 08:09

Həkimlər Klinikalar SEO Xidməti

Buxarestin liberal meri Nikuzor Dan Rumıniya prezident seçkilərində qalib gəlib

Rumıniyada prezident seçkilərinin ikinci turunda ilk “exit-poll” nəticələrinə görə, Buxarestin liberal meri Nikuzor Dan liderlik edir. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.

Avanqard Sosioloji İnstitutunun məlumatına görə, Dan öz rəqibi, millətçi və ifrat sağçı AUR partiyasının lideri George Simionu ən azı doqquz faiz qabaqlayır. Dan 54,9 faiz, Simion - 45,1 faiz səs qazanıb.

George Simion “exit-poll”un nəticələrini rədd edir və hətta qalib gəldiyini iddia edir: “Mən yeni prezidentəm və hakimiyyəti rumınlara qaytarıram”, o, tərəfdarlarına deyib. Əlavə edib ki, qərargahının hesablamaları onun 400 min səs üstünlüyünə malik olduğunu göstərir, lakin “exit-poll” bunu təsdiqləmir.

Rəsmi nəticələr yaxın vaxtlarda gəlməyə başlayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş