Rudenkonun aforizmi gerçək olur: Ermənilər kələfin ucunu dolaşdırırlar

Aktual

29.01.2021 - 10:25

AŞPA-da Ermənistanın daha bir diplomatik məğlubiyyəti baş verir

 

Əsas odur ki, istintaq hərəkətləri zamanı kələfin ucu özümüzə gəlib çıxmasın. Bu aforizm SSRİ Baş prokuroru Rudenkoya aid edilir - bəli, Nürnberq məhkəmələrində SSRİ-nin əsas prokuroru olan Rudenkoya.

 

Yeri gəlmişkən, bir çox erməni siyasətçisi onların əmrləri və hətta, onların iştirakı ilə Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli cinayətlərə görə beynəlxalq məhkəməyə çoxdan gətirilməli idi. Ancaq bu dəfə söhbət Azərbaycanı günahlandıran erməni siyasətçilərinin və diplomatlarının təəccüblü “çevikliyi” sayəsində necə “kələfin ucunun özlərinə gedib çıxmasından” gedir.

 

Məsələyə AŞPA-nın qış sessiyasının Ermənistan tərəfi üçün kədərli nəticələri ilə başlayacağam: burada strukturun monitorinq prosedurunun inkişafına dair bir qərar layihəsi müzakirə və qəbul edildi. Ermənistan nümayəndə heyətinin qətnaməyə dəyişiklik etmək cəhdləri uğursuz oldu.

 

Ermənistan nümayəndə heyəti AŞPA-da, 10 noyabr üçtərəfli razılaşması qüvvəyə mindikdən sonra, Azərbaycanda tutulan təxribatçı və terrorçuları hərbi əsir kimi təqdim edərək, onlara qarşı açılan cinayət işinə etiraz etdilər, hərbi əsirlərin, girovların və digər məhbusların mübadiləsini təklif etdilər, həmçinin erməni dini abidələri ilə bağlı bir neçə düzəlişə nail olmaq istədilər... Təkliflərin heç biri lazımi səsləri ala bilmədi.

 

Eyni zamanda, Assambleya “Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu” qeyd etdi və İrəvanı və Bakını “10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın humanitar məsələlərə dair müddəalarını yerinə yetirməyə” çağırdı. Bu, Ermənistan mediasında gözlənilən isterikaya səbəb oldu. Xüsusilə “Armenianreport” nəşrində bu mözvzuya həsr deilən “Qorxularımız çin oldu” adlı məqalə dərc edildi.

 

“Türkiyə-Azərbaycan tandeminin Artsaxa təcavüzündə verdiyi dəstəyə görə Rusiyanı necə tərifləmək olar? Bu təcavüzün qınanması haradadır? İşğal olunmuş bütün erməni ərazilərinin azad edilməsi tələbi haradadır? Bakı, Ankara və Moskvaya qarşı sanksiyalar haradadır? AŞPA fəaliyyətinin ümumi fəlsəfəsini nəzərə alaraq, baş verənlər, sadəcə hiddət doğurur”, - deyə məqalədə bildirilir.

 

Müəllif “Azərbaycan və Ermənistan siyasi dialoqa mane olan ritorikadan çəkinməli və Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmanın müddəalarını ən qısa müddətdə həyata keçirməlidir”, - deyən AŞPA qətnaməsindən həddən artıq hiddətlənərək yazır: “Əslində, AŞPA özünə hörmət edən hər bir erməninin qarşı çıxdığı və “Artsax xalqının hüquq və mənafelərinə” məhəl qoymayan üçtərəfli razılaşmanın qanuniliyini qəbul etdi (dırnaq işarələri bizimdir - Ə.H.). Bu müqavilə Əliyev, Putin və Paşinyan tərəfindən imzalandı, erməni xalqı tərəfindən deyil, “Artsax” sakinləri tərəfindən deyil!”.

 

Onların qəzəbini başa düşmək çətin deyil. Axı, AŞPA-da Ermənistanın daha bir diplomatik məğlubiyyəti baş verir. Üstəlik, AŞPA-nın diversantların və ermənilərin taleyinə dair, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki mədəniyyət abidələri ilə bağlı təxribatlarına və manipulyasiyalarına inanacağına olan ümidləri də məhv oldu. Gördüyümüz kimi, AŞPA erməni tərəfinin sızıltılarına nəinki qulaq asmadı, həm də təxribat xarakterli bəyanatlardan çəkinməyə çağırdı.

 

Amma, təəssüf ki, təxribat xarakterli bəyanatlar davam edir. Qarabağ separatçılarının başçısı Arayik Arutunyan “Artsax Respublikasının müstəqilliyinin beynəlxalq səviyyədə tanınması uğrunda mübarizəni davam etdirəcəyini və Azərbaycan daxilində istənilən statusun sadəcə qəbuledilməz olduğunu” bildirdi. Və bu, yalnız Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan Qarabağ münaqişəsi zonasında tam atəşkəs və bütün hərbi əməliyyatlar barədə üçtərəfli razılaşmanı pozmaq cəhdi deyil. Bu, həm də klassik “istintaq zamanı kələfin ucunun özümüzə çıxmasıdır”.

 

Erməni tərəfi tərəddüd etmədən özünü AŞPA qətnaməsinə məhəl qoymayan, yenidən sülh prosesini pozan tərəf kimi tanıtdı. Və AŞPA-nın qış sessiyası çərçivəsində erməni tərəfi “161 monastır da daxil olmaqla, Ermənistan tarixi və mədəniyyətinin ən az 1456 əhəmiyyətli daşınmaz abidəsi, kilsə, 591 xaçkar, Tigranakert, Azox, Nor Karmiravan, Mirik, Keren və çox sayda qala, ziyarətgah və digər abidələrin Azərbaycan tərəfində qaldığını” da önə çəkmək istəyirdi.

 

Yalnız erməni tərəfinin inadla “mədəni irs” adlandırdığı abidələrin erməniləşdirilmiş adlarına baxın. Doğrudan da, sinizmin həddi yoxdur. Bu sinizm, yeri gəlmişkən, Ermənistan tərəfinin ISESCO nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə səfərindən sonra da özünü zərərçəkən tərəf kimi göstərməyə çalışması ilə də müşahidə olundu.

 

“Azərbaycanın azad edilmiş ərazilərində gördüklərimiz əsl faciədir. Dini məbədlərin dağıdılması qəbuledilməzdir”, – bu sözləri işğaldan azad edilmiş bölgələrimizə səfərindən sonra ISESCO-nun icraçı direktoru Səlim bin Məhəmməd əl-Malik demişdi.

 

Təəssüf ki, söhbət yalnız dağıdılmış məbədlərdən getmir. Ağdam şəhəri ərazisində yerləşən görkəmli şair Xurşudbanu Natəvanın məqbərəsi Ermənistan silahlı qüvvələri tərəfindən dağıdıldı. Bunu Fransada yaşayan məşhur Azərbaycan mənşəli fotoqraf Reza Deqati tərəfindən çəkilmiş fotoşəkillər sübut edir.

 

Dünya şöhrətli fotoqraf “Instagram” səhifəsində azərbaycanlı şair Xurşudbanu Natəvanın 1832-ci ildə Şuşa şəhərində anadan olduğunu yazdı. Abunəçilərin diqqətini Natəvanın son Qarabağ xanının varisi olduğuna və ailə sərvətinin çox hissəsini humanitar fəaliyyətə, o cümlədən Şuşa şəhərini su ilə təmin edən bir boru kəməri çəkməyə sərf etdiyini və bunun o zaman üçün mükəmməl bir mühəndis əsəri sayıldığına diqqət çəkdi. Şair 1897-ci ildə vəfat etdi və Ağdamdakı “İmarət qəbristanlığı”nda dəfn edildi.

 

R.Deqqati ilk dəfə 1992-ci ildə, erməni hərbi birləşmələrinin Ağdama hücumundan əvvəl məzarlığı ziyarət etdiyini və orada fotoşəkillər çəkdiyini izah edir. Fotoqraf şəhər işğaldan azad edildikdən sonra bu yerləri gəzərək yazır: “Ağdam 2020-ci ilin noyabrında işğaldan azad edildikdən sonra şəhərə qayıtdım və Xurşudbanu Natəvanın dəfn olunduğu məzarın dağıdıldığını gördüm. Sümükləri çıxarılıb və harasa aparılıb. Gördüklərimdən şok keçirdim”.

 

Erməni tərəfinin hərəkətlərinə vandalizmdən başqa daha hansı ad vermək olar?! Ancaq bir çox başqa şeyi də məhv etdilər. Xüsusilə, böyük Bülbülün oğlu, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tərəfindən bərpa ediləcək ev-muzeyini. Bu yaxınlarda Şuşaya səyahət edən Polad Bülbüloğlu gördüklərindən şoka düşdü.

 

Azərbaycanın işğal olunmuş ərazilərində erməni tərəfinin barbarlığının nəticələri ilə tanış olan hər kəs tam olaraq eyni emosiyalar yaşayacaq, şoka düşəcək. Ölkəmiz bu həqiqəti dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün hər şeyi etməlidir. Və sonra Qarabağdakı mədəniyyət abidələrinin məhv edilməsi məsələsində spekulyasiya edən erməni tərəfi ortaya çıxacaq və aparılan istintaq zamanı “kələfin ucunu özlərinə” çıxaracaqlar.

Müəllif: Əkbər Həsənov