Romada nüvə danışıqları: Gözləntilər çoxdur, amma...

Dünya

18.04.2025 - 19:45

Həkimlər Klinikalar SEO Xidməti

İqor Semivolos: “2015-ci ildə imzalanan sazişdən yeni sazişin fərqini ayırd etmək çətindir”

Aprelin 12-də Omanda baş tutan ABŞ və İran arasında yeni nüvə sazişinin bağlanmasının mümkünlüyü ilə bağlı dolayı danışıqlardan sonra ölkələr sabah - aprelin 19-da Romada ikinci raund keçirməyi planlaşdırır. “Axios”un məlumatına görə, Vaşinqton İrandan yaxın gələcəkdə nüvə proqramını dayandırmağı, uranın zənginləşdirilməsindən əl çəkməyi gözləyir. Məlumata görə, bu addımlardan biri İranın demək olar ki, silah səviyyəli 60 faiz zənginləşdirilmiş uran ehtiyatlarının “parçalanması” ola bilər.

Məsələ ilə bağlı Ukraynanın Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru, analitik İqor Semivolos maraqlı məqalə yazıb.

Ekspertə görə, belə görünür ki, ABŞ Prezidenti Donald Trampın “parlaq danışıqlar” strategiyası növbəti dəfə iflasa uğrayıb: “Ən azı hələlik 2015-ci ildə imzalanan sazişdən yeni sazişin fərqini ayırd etmək çətindir. Bu inkişaf, şübhəsiz ki, İsraili çətin vəziyyətə salır. Baş nazir Benyamin Netanyahu da daxil olmaqla İsrail liderləri dəfələrlə vurğulayıblar ki, İranla hər hansı razılaşmada nüvə proqramına yalnız məhdudiyyətlər deyil, onun tam ləğvi daxil edilməlidir. Bəzi məlumatlar isə göstərir ki, İsrail ehtimal ki, Tramp administrasiyası ilə birbaşa təmaslar vasitəsilə ABŞ-ın daha sərt mövqeyi üçün fəal lobbiçilik edir”.

“Eyni zamanda, İsrail danışıqların özündən də narazı ola bilər. Çünki rəsmi Təl-Əviv hesab edir ki, diplomatik yanaşma nadir hallarda İranı çəkindirir. Ona görə də, İsrail önləyici tədbirlərə, o cümlədən hərbi tədbirlərə üstünlük verir. ABŞ isə öz növbəsində Təl-Əvivə təzyiq edir, İsraili mümkün eskalasiyadan çəkindirir. Və belə görünür ki, Vaşinqtonun bu cəbhədə daha çox şansı var”, - deyə Semivolos əlavə edib.

Avropanın danışıqlarda mümkün iştirakından bəhs edən analitik qeyd edib ki, Almaniya, Fransa və Böyük Britaniya kimi Avropa ölkələri Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) imzalayan ölkələrdir və İranın nüvə proqramının sabitləşdirilməsində maraqlıdırlar: “Danışıqların Romada keçirilməsi Avropanı danışıqlara beynəlxalq legitimlik əlavə etmək üçün vasitəçi və ya müşahidəçi qismində prosesə cəlb etmək niyyətindən xəbər verə bilər. Bundan əlavə, Avropa ölkələri İrana müəyyən şərtləri yerinə yetirməsi üçün təzyiq edə bilər. Eyni zamanda, iqtisadi stimullar təklif edə bilər. Məsələn, sanksiyaların yüngülləşdirilməsi Tehranın maraqlarına uyğundur. İkincisi, bu, danışıqların dinamikasında dəyişiklikdən xəbər verə bilər. Tamamilə mümkündür ki, danışıqlara ev sahibliyi etmək üçün atılan addımın təşəbbüskarı İran olub. Tehran Romaya özünü daha az təcrid olunmuş hiss edəcəyi və danışıqların formatının genişləndiriləcəyi kompromis platforması kimi görür. Bu, Tehrana məqbul danışıqlar mövqeyini formalaşdırmaq üçün vaxt və imkan verir. Ancaq gözləmək lazım deyil ki, Avropa danışıqların mümkün uğursuzluğu riskini öz üzərinə götürməyə hazır olacaq. Çünki Avropada elə də axmaq insanlar yoxdur”.

Müəllif: Turan Abdulla

Pin up casino Pin-up casino giriş