Hadisə nəticəsində üç nəfər xəsarət alıb
Dünən Qax-Qorağan avtomobil yolunun Qax rayonunun Turaclı kəndi ərazisindən keçən hissəsində iki avtomobil toqquşub. AYNA.AZ xəbər verir ki, Qax istiqamətində hərəkətdə olan "Honda" və "VAZ-21099" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində avtomobillərdə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.