“Solğun çiçəklər”in premyerası olub

Mədəniyyət

09.06.2025 - 13:39

cedabet dərman SEO Xidməti

Gənc Tamaşaçılar Teatrında premyera keçirilib

İyunun 7-də Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrının “Artstudiya” teatr studiyasında birhissəli mistik faciə janrında hazırlanan “Solğun çiçəklər” tamaşasının premyerası keçirilib.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, Cəfər Cabbarlının eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri Əməkdar artist Nicat Kazımov, quruluşçu rejissoru Səbinə Məmmədzadə, quruluşçu rəssamları Elmira Üzeyirova, Təhminə Sadıqova, bəstəkarı isə Emil Elmanoğludur.

Tamaşada Əməkdar artist Leyli Vəliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Aygün Fətullayeva və Ümman Budaqov iştirak edirlər.

“Solğun çiçəklər”in premyerası olub
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş