Xalq artisti Prezidentə müraciət etdi: "Bizi xilas edin"

Mədəniyyət

27.06.2019 - 15:10

Brilliant Dadaşova həkimlərdən Prezidentə şikayət etdi

 

Xalq artisti Brilliant Dadaşova Prezident İlham Əliyevə müraciət ünvanlayıb. AYNA xəbər verir ki, Xalq artisti şəxsi “Instagram” hesabında video paylaşaraq həkimlərdən şikayətlənib: “Əziz Prezidentimiz, sizə qurban olum, bu xalqı çoxsaylı pinəçi "həkim"lərin əlindən xilas edin”.

 

“Qohumlarımın əksəriyyəti yaxşı, savadlı həkim olduqları üçün xəbərdaram ki, bir neçə il bundan əvvəl həkimlər arasında test imtahanı keçirilmişdi. Rus dilində təhsil aldıqlarına görə, hansı həkim Azərbaycan dilində yaxşı bilmirdisə onu işdən uzaqlaşdırırdılar. Bunun nəticəsi artıq göz qabağındadır. Həkim Azərbaycan dili ədəbiyyatını yox, təbabəti bilməlidir" – B.Dadaşova yazıb.

 

Xalq artisti paylaşımında, həmçinin Prezidentin sosial şəbəkə hesabını da işarəyib.

Müəllif: Ayna.az