Sudandan Ukraynaya ittiham: “Terrorçuları dəstəkləyir”

Dünya

08.06.2025 - 20:42

cedabet dərman SEO Xidməti

“Ukrayna “Boko Haram” və “Hərəkat əş-Şəbab” kimi qruplara kömək edir, həmçinin terrorçuları pilotsuz təyyarələrlə təmin edir”

Afrika ölkəsi olan Sudan Ukraynanı Afrikadakı terrorçuları dəstəkləməkdə ittiham edib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu ittihamla Sudan Xarici İşlər Nazirliyinin Xarici Əlaqələr Departamentinin əməkdaşı Məhəmməd Əs-Sirr çıxış edib.

Onun sözlərinə görə, Ukrayna bu məsələdə “çirkli işlər” görür. Diplomat vurğulayıb ki, Kiyevin Niger, Somali və Liviyadakı terror qruplaşmalarını dəstəkləməkdə iştirakı “bərpa olunub”.

Bildirib ki, Ukrayna xüsusilə “Boko Haram” və “Hərəkat əş-Şəbab” kimi qruplara kömək edir, həmçinin terrorçuları pilotsuz təyyarələrlə təmin edir.

"Somalidə, eləcə də Sudanda Ukrayna çevik reaksiya qüvvələrini onlara çox aşağı qiymətə təklif olunan pilotsuz təyyarələrlə təmin etməklə dəstək verir. Onların dəstəyi olmasaydı, üsyançılar belə cihazları necə idarə edəcəyini bilməzdilər. Bəzi bölgələrdə ukraynalılar birbaşa infrastruktur obyektlərinə hücum etdilər", - diplomat bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş