Hadisə nəticəsində bir nəfər xəsarət alıb
Cəlilabadda yol nəqliyyat hadisəsi baş verib. AYNA.AZ-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralında Cəlilabad rayonunu ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2107" markalı minik avtomobili "Opel" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində sürücülərdən biri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.