Rəsulzadənin nəvəsi insult keçirib

Xəbərlər

25.09.2023 - 16:21

Həkimlər Klinikalar SEO Xidməti

Rəis Rəsulzadə hazırda xəstəxanada müalicə alır 

Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri  Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Azərbaycanın Əməkdar rəssamı Rəis Rəsulzadə insult keçirib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Türk Ocağının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, R.Rəsulzadə hazırda Bakıdakı xəstəxanalardan birində müalicə alır və səhhətində müsbət irəliləyişlər müşahidə edilir.

Müəllif: Ayna.az