Rəsmi Moskva Krım körpüsünə hücumda ABŞ və Britaniyanın iştirakına işarə etdi

Dünya

17.07.2023 - 12:39

cedabet dərman SEO Xidməti

Zaxarova: “Krım körpüsünə hücumla bağlı qərarları Kiyev ABŞ və Böyük Britaniyanın iştirakı ilə verir”

“Krım körpüsünə hücumla bağlı bütün qərarları Kiyev ABŞ və Böyük Britaniya kəşfiyyat xidmətlərinin birbaşa iştirakı ilə qəbul edir”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz “Telegram” kanalında bildirib.

“Krım körpüsünə bugünkü hücumu Kiyev rejimi həyata keçirib. Bu rejim terrorçudur və beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmanın bütün əlamətlərinə malikdir”, – diplomat London və Vaşinqtonun hücumda iştirakına işarə edərək yazıb.

“Birləşmiş Ştatlar və Britaniya terrorist dövlət strukturuna rəhbərlik edir” deyə Zaxarova fikrini yekunlaşdırıb.

Qeyd edək ki, bu gün gecə saatlarında Krım körpüsünə hücum edilib. Rəsmi Kiyev hücumun Ukrayna tərəfindən edildiyini təsdirləməyib. Rusiya tərəfi isə hücumun Kiyev rejimi tərəfindən həyata keçirildiyini iddia edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş