Rəsmi Moskva: “İsveçin NATO-ya daxil olmasına qarşı cavab addımları atılacaq”

Dünya

17.05.2022 - 03:16

“Bu, Şimali Avropada və bütövlükdə qitədə təhlükəsizliyə ciddi zərər verəcək”

Rusiya İsveçin NATO-ya daxil olmasına qarşı cavab addımları atacaq. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb

Bəyanatda bildirlib ki, cavab tədbirləri həm hərbi-texniki, həm də digər sahələri əhatə edəcək.

“İsveçin NATO-ya daxil olması Şimali Avropada və bütövlükdə qitədə təhlükəsizliyə ciddi zərər verəcək”, - deyə XİN vurğulayıb.

Müəllif: Ayna.az