Rəsmi Bakıdan Gürcüstanla bağlı açıqlama

Xəbərlər

08.08.2022 - 14:46

“Azərbaycan Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir”

Azərbaycan Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. AYNA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “Twitter“ hesabında bildirilib.

“Azərbaycan Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan və Gürcüstan beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət və sadiqliyə əsaslanan strateji tərəfdaşlığa malikdir”, - paylaşımda qeyd olunub.

Müəllif: Ayna.az