Rəsmi Bakıdan ABŞ səfirliyinin iddialarına CAVAB

Xəbərlər

15.01.2025 - 13:31

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ səfirliyinə cavab verib

“Bəxtiyar Hacıyevə qarşı çıxarılan qanuni məhkəmə qərarı işdəki çoxsaylı sübutlara”

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəhbəri Ayxan Hacızadə ABŞ-ın Bakıdakı səfirliyinin iddialarına cavab verib. AYNA xəbər verir ki, XİN rəsmisi bu barədə “X” sosial şəbəkə hesabında yazıb.

“Bəxtiyar Hacıyevə qarşı çıxarılan qanuni məhkəmə qərarı işdəki çoxsaylı sübutlara əsaslanır və məhkəmə prosesinə xarici müdaxilə yolverilməzdir. Maraqlıdır ki, ABŞ-da oxşar vergi fırıldaqları və maliyyə cinayətləri ilə bağlı dəfələrlə ciddi cəzalar verilir və həbs müddəti 30 ilə qədər ola bilər. Bəs niyə bu ölkə başqa ölkələrdə belə cinayətlərə görə verilən cəzadan narazılığını bildirir? Görünür, bu yanaşma qanunun aliliyinin əhəmiyyətini artırmaqdan daha çox siyasi maraqlara əsaslanır”, - diplomat vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş