Rəsmi Bakı ilə Moskva arasında siyasi məsləhətləşmələr keçirilib

Xəbərlər

03.06.2021 - 15:44

Bölgədə baş verən son proseslərlə bağlı fikir mübadiləsi aparılıb

 

Bu gün Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Bu barədə AYNA-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

 

Məlumata görə, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenkonun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən siyasi məsləhətləşmələrdə ikitərəfli strateji tərəfdaşlıq gündəliyinin məsələləri əsas müzakirə mövzusu olub.

 

Həmçinin tərəflər bölgədəki cari vəziyyət və baş verən son proseslərlə bağlı fikir mübadiləsi aparıblar.

Müəllif: Ayna.az