XİN Türkiyənin Mosuldakı baş konsulluğuna hücumla bağlı bəyanat yayıb
"İyulun 27-də səhər saatlarında Türkiyənin Mosuldakı baş konsulluğuna hücum olub. İnsan tələfatına səbəb olmayan bu hücumu gerçəkləşdirən şəxslərin dərhal aşkarlanıb ədalət qarşısına çıxarılmasını gözləyirik". AYNA xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin ölkənin Mosuldakı baş konsulluğa hücumu ilə bağlı bəyanatında əksini tapıb.
Açıqlamada İraq diplomatik korpusun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsuliyyətinini yerinə yetirməyə çağırılır: "İraq rəsmilərinin çağırışı ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında ölkəmizin haqsız yerə ittiham olunduğu və hədəf alındığı bir vaxtda bu hücumun baş verməsi ağır hadisə və düşündürücüdür. Bununla əlaqədar biz İraq hakimiyyətini diqqəti terrorizmlə mübarizəyə yönəltməyə, öz ərazilərində qonşu ölkələr və diplomatik nümayəndəliklər üçün təhlükə yaradan terrorçuların mövcudluğuna son qoymağa çağırışımızı təkrar edirik”.