Ramazan ayının təqvimi açıqlanıb

Xəbərlər

12.04.2021 - 12:35

Mayın 1-də ilk Qədr gecəsi olacaq

 

Ramazan ayının təqvimi açıqlanıb. AYNA xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

 

Qeyd edilib ki, bu il Ramazan ayı aprelin 14-də başlayacaq. Şəvval ayının 1-i, yəni mayın 13-də isə Ramazan bayramı olacaq.

 

Təqvimdə Ramazan ayının Qədr gecələri də açıqlanıb. Belə ki, mayın 1-də (Razamanın 18-ci günü) ilk Qədr gecəsi olacaq. Eyni zamanda, Ramazanın 20 (3 may), 22 (5 may) və 26-cı günləri (9 may) də Qədr gecələri olacaq.

Müəllif: Ayna.az