Qubada qəza: iki avtomobil yanıb

Hadisə

24.08.2020 - 13:02

Həkimlər Klinikalar SEO Xidməti

“Volkswagen” və “Mitsubishi” markalı minik avtomobilləri toqquşub

 

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, Quba rayonunun Qələdüz kəndində “Volkswagen” və “Mitsubishi” markalı minik avtomobilləri toqquşub.

 

Nəticədə hər iki avtomobil yanıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş