Faktla bağlı protokol tərtib olunub
Qubada qanunsuz kömür quyusu aşkar edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Qeyd edilib ki, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkar edilib.
Qanunsuz kömür istehsal edənin rayonun Möhüc kənd sakini Faiq Şixəliyev olduğu müəyyən edilib.
Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.