Quba polisi əməliyyat keçirib

Xəbərlər

07.11.2023 - 16:44

cedabet dərman SEO Xidməti

Narkotiklə bağlı 16 nəfər saxlanılıb 

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir ay ərzində rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi, satışı və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan ümumilikdə 16 nəfər saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Qeyd olunub ki, qanunsuz dövriyyədən ümumilikdə 5 kiloqram marixuana, 100 qrama yaxın heroin, 5 qram metamfetamin və 15 qram tiryək çıxarılıb.

Bütün faktlarla bağlı Quba Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş