Qrız və Ləzəyə leysan yağıb – FAKTİKİ HAVA

Xəbərlər

31.07.2022 - 22:24

Həkimlər Klinikalar SEO Xidməti

Düşən yağıntının miqdarı Ləzədə və Qrızda 42 millimetr təşkil edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 31-i saat 21:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Altıağac, Quba, Qusar, Xaltan, Qrızda şimşək çaxıb, arabir yağış yağıb, Qrız və Ləzədə leysan xarakterli intensiv olub.

AYNA xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, düşən yağıntının miqdarı Ləzədə və Qrızda 42 millimetr təşkil edib.

G.Məmmədovanın sözlərinə görə, qərb küləyi əsib, sürəti Şamaxıda 16 metr/saniyəyə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş