Qoşunlarda atəş hazırlığı üzrə çalışmalar yerinə yetirilib - VİDEO

Xəbərlər

16.05.2022 - 17:14

Təlim prosesi Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla həyata keçirilib

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının N saylı hərbi hissəsində atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmaları yerinə yetirilib.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, çalışmalara cəlb olunan heyətə təhlükəsizlik qaydaları və atışın şərtləri çatdırılıb.

Atışdan əvvəl atəş hazırlığı üzrə normativlər yerinə yetirilib.
Hərbi qulluqçular əvvəlcədən hazırlanmış mövqedən hədəfə yerindən atəş açmaq üzrə tapşırıqları uğurla icra ediblər.

Təlim prosesi Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla həyata keçirilib.

Müəllif: Ayna.az