Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı yekunlaşıb

Xəbərlər

01.07.2022 - 15:06

Tədbir iştirakçıları Şuşa şəhərinə səfər edəcəklər

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı öz işini yekunlaşdırıb.

AYNA xəbər verir ki, 3 gün davam edən konfransın yekununda Azərbaycan Parlamentinin sədri çıxışı edərək, konfrans iştirakçılarına təşəkkürünü çatdırıb.

Qeyd edək ki, tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak ediblər.

Tədbir iştirakçıları sabah - iyulun 2-də Şuşa şəhərinə səfər edəcəklər.

Müəllif: Ayna.az