Qırğızıstanın axtarışda olan keçmiş Prezidenti ölkəyə qayıtdı

Dünya

02.08.2021 - 15:31

Həkimlər Klinikalar SEO Xidməti

Əskər Akayev Bişkekə çatanda Milli Təhlükəsizlik Dövlət Komitəsinə gedib

 

Axtarışda olan Qırğızıstanın keçmiş Prezidenti Əskər Akayev könüllü olaraq Bişkekə qayıdıb və Milli Təhlükəsizlik Dövlət Komitəsinə (DTK) gedib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin sabiq Baş nazir Feliks Kulov bildirib.

 

Kulov deyib ki, Akayev hazırkı Prezident Sədir Caparovla görüşüşüb: “Caparov səxavət göstərdi və keçmiş Prezidentə ölkəyə qayıtmaq imkanı yaratdı. Bildiyimə görə, heç kim Akayevə qarşı zorakılıq etməyib və o, Bişkekə çatanda Milli Təhlükəsizlik Dövlət Komitəsinə gedib”.

 

Daha əvvəl Milli Təhlükəsizlik Dövlət Komitəsi Akayev ətrafında istintaq hərəkətlərinin aparıldığını açıqlayıb.

 

Keçmiş Prezident Kumtor qızıl mədəninin işlənməsi ilə bağlı korrupsiyada ittiham edilir.

 

Qeyd edək ki, Akayev 1990-2005 -ci illərdə Qırğızıstana rəhbərlik edib. “Lalə” inqilabından sonra ölkəni tərk edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş