Yaşayış məntəqəsindən yaşlıları, qadınları və uşaqları təxliyə edirlər
Qırğız Respublikası vətəndaşlarını Tacikistanla sərhəd bölgədən təxliyə etməyə başlayıb.
AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə yerli sakinlər bildiriblər.
Məlumata görə, sərhədyanı Çon-Alay rayonunun Unju-Bulak yaşayış məntəqəsindən yaşlıları, qadınları və uşaqları təxliyə etməyə başlayıblar.
Bildirilib ki, onlar Unju-B
ulakdan çıxaraq Daroot-Korqon yaşayış məntəqəsinə köçmək istəyirlər. Qırğızıstan hökumətinin Oş vilayətindəki nümayəndəsi vəziyyətlə bağlı hələ ki açıqlama verməyib.