Qeyri-sabit hava neçə gün davam edəcək?

Xəbərlər

08.09.2023 - 17:01

cedabet dərman SEO Xidməti

Bakıda və Abşeron yarımadasında sentyabrın 9-dan 10-u səhərədək yağış yağacağı gözlənilir

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 12-dək davam edəcək. AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

Mərkəzin direktoru bildirib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 9-dan 10-u səhərədək yağış yağacağı gözlənilir: “Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Sentyabrın 10-da səhər və gündüz yarımadanın bəzi yerlərində küləyin güclənəcəyi proqnozlaşdırılır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş