Qətər İranın pilotlarını saxlaması ilə bağlı iddiaları təkzib edib

Dünya

18.08.2026 - 21:48

“Tehranın Qətərin İran pilotlarını saxlaması ilə bağlı iddiaları həqiqətə uyğun deyil”

“Tehranın Qətərin İran pilotlarını saxlaması ilə bağlı iddiaları həqiqətə uyğun deyil”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari deyib.

O, İranın pilotları saxlaması ilə bağlı iddialarını şərh edərkən bildirib: "Bu media açıqlamaları tamamilə əsassız və məntiqsizdir".

Əl-Ənsari vurğulayıb ki, İran təyyarəsi Dohaya hücum etmək üçün Qətər hava məkanına daxil olub və pilotlar xəbərdarlıqlara cavab vermədikdən sonra vurulub.

O əlavə edib ki, pilotlardan birinin qalıqları 19 martda tapılıb və sonradan İran nümayəndə heyətinə təhvil verilib. Axtarış əməliyyatı 6 apreldə başa çatıb.

XİN sözçüsü əlavə edib ki, Doha axtarış-xilasetmə əməliyyatının təfərrüatlarını nəzərdən keçirmək üçün İranın texniki qrupunu dəvət edib, lakin Tehran dəvətə cavab verməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş