Qəbilələr arasında qan su yerinə axıb

Dünya

19.11.2019 - 20:16

Həkimlər Klinikalar SEO Xidməti

İnsident nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb

 

Sudanın Port Sudan şəhərində qəbilələr arası qarşıdurma baş verib. AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, insident nəticəsində 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

 

Əl-Bunni və Əl-Amerar qəbilələri arasındakı toqquşmalardan sonra yerli hökumət komendant saatı elan edib.

 

Qeyd edək ki, Əl-Amerar qəbiləsi bundan əvvəl də Sudanda bir sıra iğtişaşlara səbəb olub. Belə ki, cari ilin iyun ayında Nuba qəbiləsi ilə baş verən qarşıdurma nəticəsində 70-dən çox insan dünyasını dəyişmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş