Qazaxıstanın Səhiyyə naziri COVID-19-a yoluxub

Dünya

14.06.2020 - 12:38

Eljan Britanov xəstəxanaya yerləşdirilib

 

Qazaxıstanın Səhiyyə naziri Eljan Britanov koronavirusa yoluxub. AYNA-nın xarici mətbuata istinadən xəbərinə görə, bu barədə nazirin özü açıqlama verib.

 

Britanov bildirib ki, koronavirus testinin nəticələri müsbət çıxıb və o, xəstəxanaya yerləşdirilib.

 

“Son günlər ölkəmizin bir sıra regionlarında sahibkarlar, tibb işçiləri, dövlət qulluqçuları, mətbuat işçiləri arasında virusa yoluxmalarda artım müşahidə olunur. Mənim də testin nəticəsi pozitiv çıxdı. Hazırda xəstəxanada müalicə alıram. Hər kəsi COVID-19-la bağlı qorunma qaydalarına əməl etməyə çağırıram”, - deyə Britanov vurğulayıb.

Müəllif: Ayna.az