13 nəfər xəsarət alıb, 120 nəfər isə təxliyə edilib
Qazaxıstanda yataqxanada partlayış baş verib. AYNA xarici mediaya istinadən xəbər verir ki, hadisə Petropavlovsk şəhərində olub.
Şəhərin Fövqəladə Hallar İdarəsinin məlumatına görə, partlayış yataqxana binasının birinci mərtəbəsində baş verib. Nəticədə iki nəfər həyatını itirib, 13 nəfər xəsarət alıb, 120 nəfər isə təxliyə edilib.
Bildirilib ki, partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur.