Ölən və ya xəsarət alan yoxdur
Qazaxıstanın Atırau vilayətində neft quyusunda yanğın olub. AYNA.AZ xəbər verir ki, bu barədə “Embamunaigas” şirkəti məlumat yayıb.
Hadisənin nasos və kompressor borusunun (PCP) endirilməsindən sonra baş verdiyi bildirilir.
Şirkət öz “Telegram” kanalında "ölən və ya xəsarət alan yoxdur" deyə bildirib.
Əlavə edilib ki, hadisədən sonra “Embamunayqaz” İstehsalat Qərargahı quyunun ətrafını mühasirəyə alıb. Ərazidə bərpa işləri aparılır.