Qazaxda qəza: bir nəfər ölüb, iki nəfər yaralanıb

Hadisə

13.10.2020 - 14:47

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə Böyük Cəfərli kəndi ərazisində baş verib

 

Qazaxda ölümlə nəticələnən yol-nəqliyyyat hadisəsi baş verib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, oktyabrın 12-də saat 22 radələrində Qazax rayonunun Böyük Cəfərli kəndi ərazisində Xanlıqlar kənd sakini Qələndər Məmmədovun idarə etdiyi “VAZ-2104” və Bakı şəhər sakini M.Musayevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və sərnişinlərdən biri xəstəxanaya yerləşdirilib, Q.Məmmədov orada ölüb. Qazax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş