Qaxda silah-sursat aşkarlanıb

Xəbərlər

08.05.2025 - 12:15

Həkimlər Klinikalar SEO Xidməti

2 “Kalaşnikov”, daraqlar, 55 ədəd patron və 1 qumbara götürülüb

Qax rayonunda odlu silah-sursat tapılması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan 2 ədəd “Kalaşnikov” avtomatı, daraqlar, 55 ədəd patron və 1 qumbara aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA.AZ-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq sənədləri olmayan 4 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş