Qaxda itkin düşən şəxsin axtarışları davam etdirilir

Xəbərlər

27.07.2023 - 11:53

cedabet dərman SEO Xidməti

Xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qax rayonunun Sarıbaş kəndi istiqamətində dağlıq-meşəlik ərazidə Qax rayon İlisu kənd sakini 1993-cü il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun itkin düşməsi barədə məlumat daxil olub.

FHN-dən AYNA-ya bildirilib ki, bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Qeyd olunub ki, məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş