“Qatil arılar” Avropada peyda olub

Dünya

12.05.2020 - 19:10

Asiya arılarının sancması nəticəsində bir ispaniyalı vəfat edib

 

Asiyalı “qatil arılar” ABŞ-dan sonra İspaniyada da üzə çıxıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, arılar Avropa ölkəsində bir insanın ölümünə səbəb olub.

 

Məlumata görə, 54 yaşlı kişi İspaniyanın şimal-qərbindəki Qalisiya Muxtar Vilayətinin Villestro şəhərinin sakini olub. Bildirilir ki, adam Asiya arısının onu sancması nəticəsində vəfat edib.

 

Qeyd edək ki, “New York Times” qəzetinin yazdığına görə, Yaponiyada hər il zəhərli arı sancması nəticəsində 50 nəfər dünyasını dəyişir.

Müəllif: Ayna.az