Qarabağ ermənisindən şikayət: “Arayikin xuntası bizim hesabımıza qazanır” - VİDEO

Xəbərlər

27.07.2023 - 14:49

cedabet dərman SEO Xidməti

Qarabağdakı qeyri-qanuni rejim süni şəkildə humanitar böhran yaratmağa çalışır

Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər separatçı rejimin hərəkətindən hiddətləniblər. AYNA “Caliber.Az”a istinadən bildirir ki, erməni qadın Arutyunyan xuntasının qoyduğu qiymətlərdən narazılığını dilə gətirib.

“İrəvanda bir kiloqram yaxşı ərik 350 drama (0,91 dollar/1,54 AZN) satılır. Mən belə bir sual vermək istəyirəm: niyə bizdə bir kq əriyin qiyməti “rəsmi” olaraq 900 dram (2,33 dollar/3,96 AZN) müəyyən edilib, amma əhaliyə 3 000-ə (7,76 dollar/13,19 AZN) satılır? Arayik Arutyunyan, mənə cavab ver, sən kəndlilərdən əriyi neçəyə alırsan? Etibarlı mənbələrin məlumatına görə, sən onları topdan 200-250 drama (0,52-0,65 dollar) alırsan. Niyə aldadırsan?” - deyə erməni qadın narazılığını ifadə edib.

Qarabağdakı qeyri-qanuni rejim məhz bu yolla süni şəkildə humanitar böhran yaratmağa çalışır. Qarabağın erməniəsilli sakinləri üçün isə bu, oyanış siqnalı olmalıdır. Azərbaycan cəmiyyətinə inteqrasiya etmək vaxtıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş