Qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar

Xəbərlər

19.08.2021 - 12:03

Həkimlər Klinikalar SEO Xidməti

Onların barələrində tədbir görülüb, qanunsuz ov alətləri götürülüb

 

Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Kür çayının qoruq ərazisindən keçən hissəsində qanunsuz balıq ovuna cəhd edən şəxslər saxlanılıb.

 

AYNA-nın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerlərin Tovuz rayon sakini Amin Abdullayev və Ağstafa rayon sakini Biləndər Qurbanov olduğu məlum olub.

 

“Faktla bağlı təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görülüb və onlardan qanunsuz ov alətləri götürülüb”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş