Qanunsuz ov edənlər saxlanılıblar

Xəbərlər

30.11.2020 - 14:16

Həkimlər Klinikalar SEO Xidməti

Onlardan üç ədəd tüfəng, altı ədəd patron və 56 çöl quşu aşkar edilərək götürülüb

 

Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb. AYNA-nın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

 

Məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən noyabrın 29-da Saatlı rayonu ərazisində qanunsuz ov edən Bakı şəhər sakini S.Şıxalıyev, Cəlilabad rayon sakini R.Nəzərov və Abşeron rayon sakini R.Tağıyev saxlanılıblar.

 

Onlardan “Stoeger”, “Salıx Arms”, “Escort Supreme Max” markalı üç ədəd tüfəng, altı ədəd patron və 56 çöl quşu aşkar edilərək götürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş