Faktlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan AYNA-ya verilən məlumata görə, İsmayıllı rayon İcra Hakimiyyəti və DİN-nin polis əməkdaşları ilə birgə rayon ərazisində aparılmış reydlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan, baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi bir sıra məntəqələr aşkar edilib.
Faktlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, qanunsuz heyvan kəsimi və ət satışı ilə məşğul olan şəxslərə zəruri məlumatlar verilib.