Qalant: “Əgər İran İsrailə zərər vermək istəyirsə, Qəzzaya və Beyruta baxmalıdır”

Dünya

06.10.2024 - 22:54

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə naziri: “İranın hücumuna seçilən üsula uyğun cavab veriləcək”

İsrailin müdafiə naziri Yoav Qalant İrana xəbərdarlıq edib. AYNA-nın xarici xarici mediaya istinadən məlumatına görə, Qalant Tehrana tövsiyyə edib ki, İran yəhudi dövlətinin ərazisinə yeni hücum cəhdi etmək niyyətində olarsa, İsrailin Qəzza zolağında və Beyrutda İsrail hərbi hava qüvvələrinin etdiklərinin nəticələrinə baxsın.

Nazir ABŞ Hərbi Hava Qüvvələrinin heç bir eskadrilyasının vurulmadığını, heç bir təyyarənin zədələnmədiyini, uçuş-enmə zolağının aşağı düşmədiyini və əməliyyatlarda heç bir maneənin olmadığını vurğulayıb.

Qalant əlavə edib ki, İsrail həm müdafiə, həm də hücumda güclüdür. Onun sözlərinə görə, İranın hücumuna seçilən üsula uyğun cavab veriləcək.

Müəllif: Ayna.az