Qadınlardan ibarət basketbol yığmamız 1/4 finala yüksəlib

İdman

15.08.2022 - 05:21

Həkimlər Klinikalar SEO Xidməti

Qarşılaşma Azərbaycan komandasının 21:4 hesablı qələbəsi ilə bitib

Qadınlardan ibarət 3x3 basketbol növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 1/4 final mərhələsinə yüksəlib.

AYNA-nın  “Report”a istinadən məlumatına görə, C qrupunda qərarlaşan yığma ikinci görüşündə Qırğızıstan seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 21:4 hesablı qələbəsi ilə bitib. Qrupu lider tamamlayan milli 1/4 final mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, yığma bu raundda Qətərlə görüşəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş