Qadını fotoları ilə şantaj edən şəxs saxlanılıb

Xəbərlər

22.05.2023 - 11:47

cedabet dərman SEO Xidməti

Şəkilləri sosial şəbəkədə paylaşmamaq üçün 5 min manat tələb edib

Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində şantaj yolu ilə pul tələb edən şəxs saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd edilib ki, Baş İdarənin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini olan xanıma məxsus fotoları sosial şəbəkələrdə paylaşacağı ilə hədələyərək ondan 2350 manat pul alan Yardımlı rayon sakini Alim Canəliyəv saxlanılıb.

Qeyd edək ki, polis əməkdaşları A. Canəliyevi zərərçəkən xanımdan sonuncu dəfə 5000 manat almaq üçün Gəncə şəhərinə gələn zaman saxlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş