“Fransa ABŞ-dan strateji asılılığından azad olmalı və NATO-nun vahid komandanlıq strukturundan çıxmalıdır”
“Fransa ABŞ-dan strateji asılılığından azad olmalı və NATO-nun vahid komandanlıq strukturundan çıxmalıdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Fransanın keçmiş Prezidenti Şarl de Qollun nəvəsi, Lev Tolstoy Sülh Mükafatı münsiflər heyətinin sədr müavini Pyer de Qoll “RİA Novosti”yə deyib.
"Biz ABŞ-dan asılılıqdan, strateji asılılıqdan uzaqlaşmalıyıq", - de Qoll deyib.
De Qoll bildirib ki, Fransa NATO-nun vahid komandanlıq strukturundan çıxmaqla müstəqilliyini bərpa etməlidir. O, bunun üçün hələ gec olmadığını və indi ölkənin öz xalqının gözündə legitimliyini bərpa etməsinin vaxtı olduğunu düşünür.
Fransa artıq 1966-cı ildə Şarl de Qollun dövründə NATO-nun hərbi strukturlarından çıxmışdı. 2009-cu ildə, Nikola Sarkozinin prezidentliyi dövründə ölkə Alyansa tam şəkildə qoşuldu.