Dmitri Kozak Ukrayna Prezidentinin ofisi ilə daim əlaqə saxlayır
Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşünə hazırlıq gedir. AYNA TASS-a istinadən bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov görüşə hazırlıq getdiyini təsdiqləyib.
Peskovun sözlərinə görə, danışıqlar asan getmir: “Bizim tərəfdən danışıqlarda Dmitri Kozak iştirak edir. Müzakirə üçün mümkün mövzular müəyyənləşdirilir. Putin oturub Zelenski ilə ikitərəfli münasibətlər barədə danışmağa hazırdır. Dmitri Kozak Ukrayna Prezidentinin ofisi ilə daim əlaqə saxlayır”.
Qeyd edək ki, aprel ayında Zelenski Putinə müharibənin getdiyi Donbasda görüşmək təklifi ilə müraciət etdi. Putin isə ukraynalı həmkarını hər an Moskvada qəbul etməyə razı olduğunu bildirdi.