Dmitri Peskov: “Aktual məsələlərin həlli ilə bağlı tez bir zamanda söhbət təşkil oluna bilər”
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında yeni telefon danışığı hələ planlaşdırılmayıb. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
“Lazım gələrsə, bu, həmişə baş tuta bilər. Çünki dialoq bərpa olunub”, - Kreml nümayəndəsi qeyd edib.
Peskov vurğulayıb ki, belə planların olmamasına baxmayaraq, “aktual məsələlərin həlli ilə bağlı tez bir zamanda söhbət təşkil oluna bilər”.
Qeyd edək ki, fevralın 12-də Putinlə Tramp arasında telefon danışığı olub. Liderlərin müzakirə etdiyi mövzular arasında Ukraynada sülh yolu ilə nizamlanma, Yaxın Şərqdəki vəziyyət, enerji sektorunda problemlər və s. olub. Putin və Tramp Rusiya və ABŞ arasında ikitərəfli münasibətləri də müzakirə edib və görüş təşkili barədə razılığa gəliblər.